Azərbaycanda mobil rabitə operatorları 148 milyon manatdan çox pul qazanıb


Digərləri 24 Mar 2020 14:24:00 102 0

Azərbaycanda mobil rabitə operatorları 148 milyon manatdan çox pul qazanıb

2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 371,7 milyon manatlıq xidmət göstərib.

Son.az Trend-ə istinadən bildirir ki, göstərilən xidmətin 71,6 faizi əhali tərəfindən istehlak olunub.

2019-cu ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 21,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 78,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 39,8 faizi və ya 148,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.