Leyla Abdullayeva: "Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edib"


Siyasət 24 Mar 2020 14:15:00 43 0

Leyla Abdullayeva: "Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edib"

Bu gün dünyamız yeni növ koronavirus təhlükəsinin yayılması ilə üz-üzədir. Bütün dünya dövlətləri, o cümlədən Azərbaycan hökuməti tərəfindən ən təsirli ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir və bu proses bir başa Azərbaycan Prezidenti İlham Əliyevin nəzarəti altındadır.

Son.az Trend-ə istinadən bildirir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, pandemiyanın geniş yayıldığı, Azərbaycanın qonşu ölkələrlə sərhədlərinin bağlandığı və hava reyslərinin dayandırıldığı bir vaxtda dövlətimiz xaricdə olan vətəndaşlarımızn təxliyəsini həyata keçirib, on minədək vətəndaşımız ölkəyə geri qaytarılıb.

XİN rəsmisi əlavə edib ki, Azərbaycana geri dönən vətəndaşlarımız dövlət hesabına 15-20 gün karantin müddəti keçirlər. Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edib:

"Biz vətəndaş olaraq üzərimizə düşən məsuliyyəti dərk etməliyik, dövlətimizi dəstəkləməliyik. Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, həmvətənlərimiz olduqları ölkənin karantin qaydalarına əməl etsinlər. Mümkün qədər xarici və geri dönüş səfərlərini məhdudlaşdırsınlar. Bu, həmin vətəndaşların və cəmiyyətimizin təhlükəsizliyinin qorunmasına xidmət edəcək", - deyə L.Abdullayeva vurğulayıb.

O bildirib ki, XİN-nin və xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin "qaynar xətt"ləri 24 saat fəaliyyət göstərir. Vətəndaşlarımız istənilən "qaynar xətt" vasitəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, XİN-in 596 94 49 nömrəli "qaynar xətt"i 24 saat fəaliyyət göstərir. Saat 09:00-dan saat 21:00-dək Xarici İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları bu qərargahda növbəli şəkildə gələn zəngləri cavablandırırlar. Saat 21:00-dan səhər saat 09:00-dək isə bu xətlər mobil nömrələrə keçirilir. Əməkdaşlar evdən sualları cavablandırırlar. Eyni zamanda, paralel olaraq Xarici İşlər Nazirliyinin elektron poçt ünvanı da fəaliyyət göstərir ([email protected]).

Son.az 

“Scanex Enterprises Limited” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə etdi like
  • 24 Mar 14:14  
İqtisadiyyat “Scanex Enterprises Limited” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə etdi

“Scanex Enterprises Limited” şirkətinin Azərbaycan filialı ölkəmizdə

arrow Ətraflı
Gürcüstan azərbaycanlıları koronavirus testindən keçiriləcək like
  • 24 Mar 14:13  
Siyasət Gürcüstan azərbaycanlıları koronavirus testindən keçiriləcək

Gürcüstanda ilk olaraq azərbaycanlıların yaşadığı Marneuli rayonunun sa

arrow Ətraflı
Daha bir rayonda sürücülərə spirt, maska paylandı like
  • 24 Mar 14:12  
Digərləri Daha bir rayonda sürücülərə spirt, maska paylandı

Xaçmaz Rayon Polis Şöbəsi yeni növ koronavirus infeksiyasının yayılması

arrow Ətraflı
AzTU Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi like
  • 24 Mar 14:11  
Sosial AzTU Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Azərbaycan Texniki Universiteti (AzTU) Prezident İlham Əliyevin 19 mart 2020-

arrow Ətraflı
“Azərsu” əməkdaşları vətəndaşları narahat etməyəcək like
  • 24 Mar 14:06  
Digərləri “Azərsu” əməkdaşları vətəndaşları narahat etməyəcək

Mənzillərin daxilində olan sayğacların oxunması müvəqqəti dayandırıl

arrow Ətraflı
Ölkədə koronavirusa görə ərzaq məhsullarının onlayn sifarişi kəskin artıb like
  • 24 Mar 14:04  
İqtisadiyyat Ölkədə koronavirusa görə ərzaq məhsullarının onlayn sifarişi kəskin artıb

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat"

arrow Ətraflı
Baş nazir xalqa əsəbiləşdi: like
  • 24 Mar 14:00  
Dünya Baş nazir xalqa əsəbiləşdi:

Kanadanın Baş naziri Castin Trudo xalqa müraciət edib.

arrow Ətraflı
M1 və M2 xüsusi ekspres avtobus bu gündən istifadəyə verilib like
  • 24 Mar 13:54  
Digərləri M1 və M2 xüsusi ekspres avtobus bu gündən istifadəyə verilib

Xüsusi ekspres avtobus xətləri bu gün səhər saat 06:00-dan sərnişinləri

arrow Ətraflı
Gürcüstanda Azərbaycan dilində teledərslər yayımlanacaq like
  • 24 Mar 13:53  
Siyasət Gürcüstanda Azərbaycan dilində teledərslər yayımlanacaq

Gürcüstanda martın 30-dan başlayaraq “Teleməktəb” təhsil layihəsi h

arrow Ətraflı
Azərbaycanda yarmarkalara satışa çıxarılacaq məhsullar müəyyənləşdi like
  • 24 Mar 13:44  
İqtisadiyyat Azərbaycanda yarmarkalara satışa çıxarılacaq məhsullar müəyyənləşdi

​Azərbaycanda yarmarkalarda satışa çıxarılan məhsullar üçün qoyulan

arrow Ətraflı
"Əsas səhv havalar istiləşəndə virusun məhv olacağını demək idi" like
  • 24 Mar 13:42  
Dünya "Əsas səhv havalar istiləşəndə virusun məhv olacağını demək idi"

"Koronavirus türklərə keçmir", "duzlu su ilə qarqara edin, sağalacaqsını

arrow Ətraflı
Melaniya Trampın koronavirus testinin nəticəsi mənfi olub like
  • 24 Mar 13:36  
Dünya Melaniya Trampın koronavirus testinin nəticəsi mənfi olub

ABŞ-ın birinci xanımı Melaniya Tramp koronavirus testindən keçib və nəti

arrow Ətraflı
Stavropolun baş infeksionistinə qarşı cinayət işi açılıb like
  • 24 Mar 13:30  
Dünya Stavropolun baş infeksionistinə qarşı cinayət işi açılıb

Rusiyanın Stavropol diyarının baş infeksionistinə qarşı cinayət işi aç

arrow Ətraflı
“Azərsu” sayğacların oxunmasını müvəqqəti dayandırır like
  • 24 Mar 13:27  
İqtisadiyyat “Azərsu” sayğacların oxunmasını müvəqqəti dayandırır

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının a

arrow Ətraflı