İKZF Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürəcək


İqtisadiyyat 24 Mar 2020 12:53:05 125 0

İKZF Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürəcək

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayrılmasına dair qərar qəbul edib.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (Fond) dövlət başçısının 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayrılmasına dair qərar qəbul edib.

Bu barədə "Report"aAzərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Məlumata görə,Fond koronavirusla mübarizədə dövlətimiz və xalqımızla həmrəylik nümayiş etdirərək əmək haqqı fondundan 300 min manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.