G20 ölkələrinin liderləri koronavirus pandemiyasına görə müzakirələr aparacaqlar


İqtisadiyyat 24 Mar 2020 12:43:16 102 0

G20 ölkələrinin liderləri koronavirus pandemiyasına görə müzakirələr aparacaqlar

G20 ölkələrinin liderləri martin 26-da video-konfrans edərək dünyada koronavirus pandemiyasının yayılmasını müzakirə edəcəklər.

G20 ölkələrinin liderləri martin 26-da video-konfrans edərək dünyada koronavirus pandemiyasının yayılmasını müzakirə edəcəklər.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, G20 ölkələrinin liderləri bir müddət əvvək ayrı-ayırılıqda video konfranslar edərək koronavirus pandemiyası ilə bağlı müzakirələr aparıblar.

Belə ki, həmin müzakirələrdə G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Beynəlxalq Valyuta Fondunun (IMF) dünyada qlobal tənəzzülün gözlənilməsi ilə bağlı məlumatlarına cavab olaraq G20 ölkələrinin “Fəaliyyət Planının” inkişaf etdirilməsi ilə bağlı razılıq əldə ediblər.

IMF rəhbəri Kristalina Georgiyeva bəyan edib ki, bir sıra ölkələrin fiskal və valyuta sahəsində addımları alqışa layiqdir. Lakin ölkələr fiskal siyasət sahəsində daha çox işlər görməlidir.