Bütün dünya 90 gün ərzində virusa yoluxa bilər, amma şad xəbər də var...
Dünya 24 Mar 2020 12:48:00 120 0
Nobel mükafatçısı, israilli biofizik Mixael Levitt Çində koronavirus infeksiyasının azalmasının "koronavirus pandemiyasının sonunun yaxınlaşdığına" işarə vurduğunu bildirib.
Son.az oxu.az-a istinadən xəbər verir ki, biofizik Çinin Hubey əyalətində yaşayan həmkarları ilə məsləhətləşdikdən sonra araşdırma aparmaq qərarına gəlib.
O, infeksiyaya yoluxanların sayının hər gün 30% artaraq, yayılmanın eyni templə davam etdiyi təqdirdə bütün dünyanın 90 gün ərzində virusa yoluxa biləcəyini qeyd edib. Ancaq Levitt rəqəmlərin artması ilə birlikdə ümumi görüntünün dəyişdiyini anlayıb.
Belə ki, fevralın 1-nə olan statistikaya nəzər yetirildiyi zaman Hubey əyalətində gündə 1800 yeni yoluxma hadisəsinin ortaya çıxdığı məlum olub. Fevralın 6-da bu say günlük 4700 nəfərə çatsa da, fevralın 7-də vəziyyət dəyişib.
Levitt infeksiyaya yeni yoluxma hallarının sayının azalmağa başladığını müşahidə edib və bunun pandemiyanın nə zaman bitəcəyini daha yaxşı təxmin etməyə imkan verdiyini bildirib.