Operativ Qərargahın məlumatı nitq və eşitmə məhdudiyyətli şəxslər üçün hazırlanıb


Digərləri 24 Mar 2020 11:51:00 230 0

Operativ Qərargahın məlumatı nitq və eşitmə məhdudiyyətli şəxslər üçün hazırlanıb

Nazirlər Kabineti yanında operativ qərargahın məlumatı ilk dəfə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün hazırlanıb. 

Son.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları mərkəzi tərəfindən hazırlanmış video çarxda ölkədəki xüsusi rejimlə bağlı məlumatları Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbin müəllimi Könül Quliyeva işarət dilində təqdim edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın son məlumatına əsasən, 24 mart tarixindən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.