ABŞda “qar adamını” yaxın məsafədən lentə aldılar


Dünya 24 Mar 2020 09:36:00 127 0

ABŞda “qar adamını” yaxın məsafədən lentə aldılar

ABŞ-ın Beyli şəhərinin (Kolorado ştatı) sakini Skott Yomen əfsanəvi "qar adamının" yaxın məsafədən şəklini çəkməyə nail olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 2017-ci ilin oktyabr ayında axşam saatlarında evdə oturan Skott və həyat yoldaşı çöldən üfunət iyinin gəldiyini hiss ediblər.

Pəncərəyə yaxınlaşan Skott dəhşətlə çöldən ona qorxunc bir varlığın baxdığını görüb.

Həmin canlının yekə, bir-birindən aralı gözləri var idi və bu ayı deyildi.

Bir təhər qorxu hissini boğmağı bacaran Skott əlinə fotoaparat alaraq həmin canlının şəkillərini çəkib.