Azərbaycanda koronavirusla bağlı mübarizədə dəqiq və vaxtında addımlar atılır


Siyasət 24 Mar 2020 09:18:00 59 0

Azərbaycanda koronavirusla bağlı mübarizədə dəqiq və vaxtında addımlar atılır

Bu gün dünya dövlətlərinin bir çoxunda koronavirus infeksiyasının yayılmasına qarşı ciddi işlər görülür. Mövcud tendensiyanı Azərbaycan da yaxından və bütün gücünü səfərbər edərək izləyir. Təqdirəlayiq məqam isə ondan ibarətdir ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər planı geniş, əhatəli və olduqca sistemli xarakter daşıyır.

Son.az bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, məsələnin birbaşa cənab Prezident İlham Əliyevin şəxsi nəzarəti altında olması mövcud tədbirlər planına ölkənin ən ali şəxsi səviyyəsində diqqət və qayğının mövcudluğundan xəbər verir:

"Eyni zamanda dövlət səviyyəsində həyata keçirilən bütün tədbirlər planı da hökumətin bu işə nə dərəcədə ciddi yanaşdığının bariz nümunəsidir. Sadalanan amilləri nəzərə alaraq, əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

Silsilə tədbirlər planı infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində, səhiyyə tədbirləri çərçivəsində dərhal Koronavirusla Mübarizəyə Dəstək Fonduna Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsaitin ayrılması ilə davam etdi. Eyni zamanda 2020-ci il ərzində dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bu səbəbdən də dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyatımıza, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1 milyard manat ayrıldı. Bundan əlavə, yeni növ koronavirus infeksiyasına qarşı fədakarcasına mübarizə aparan dövlət tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməkhaqlarına aylıq vəzifə maaşlarının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edildi".

Politoloq vurğulayıb ki, bütün bu addımlar dəqiq və vaxtında atılmış addımlardır:

"Belə ki, tədbirlər planı cəmiyyətin sosial gözləntilərinə də cavab verir. Çünki cəmiyyət də dərk edir ki, bu məsələ təkcə məni, səni yox, bütövlükdə cəmiyyəti və daha geniş kontekstdə bəşəriyyəti narahat edən məsələdir. Eyni zamanda, koronavirusla mübarizə Azərbaycanda milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilir ki, cəmiyyət və xalq üçün milli təhlükəsizliyimiz hər zaman ən ümdə məsələ olub. Mübarizə istiqamətində növbəti nəcib addım isə cənab Prezidentin bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlaması oldu.

Bununla da ölkə başçımız hətta ən çətin günlərdə belə yenə xalqını düşündüyünü göstərdi. Cənab Prezidentin bu fədakar və humanist addımı hər bir vətəndaşda ölkə başçımıza bəslənilən inamın və ümidlərin əsaslı olduğunu bir daha sübut etdi. Hər bir kəs əmindir ki, bütün çətin məqamlarda ona kömək əlini uzadacaq ilk insan məhz ölkə rəhbərimizdir. Bundan əlavə, cənab Prezidentin həyata keçirdiyi islahatlar kursu fonunda və ilk olaraq ölkə başçımızın Fonda ianə etdiyi bir vaxtda rəsmi şəxslərin, iş adamlarının, ictimai fiqurların, müxtəlif müəssisə və təşkilatların, ayrı-ayrı şəxslərin bu çağırışa qoşulması, Fonda vəsait köçürmələri və belə çətin günlərdə həmrəy olmaları həm də onu göstərir ki, ölkə başçımızın rəhbərliyi altında artıq Azərbaycanda yeni model formalaşır. Bu yeni model də birbaşa vətəndaş mərkəzli siyasətə xidmət edir".

Son.az 

Madonna çılpaq şəkildə koronavirus haqqında danışdı like
  • 24 Mar 09:12  
Digərləri Madonna çılpaq şəkildə koronavirus haqqında danışdı

Dünya şöhrətli müğənni Madonna koronavirus pandemiyası haqqında danış

arrow Ətraflı
Qazaxstanda koronavirusa yoluxanların sayı 66ya çatdı like
  • 24 Mar 09:06  
Dünya Qazaxstanda koronavirusa yoluxanların sayı 66ya çatdı

Alma-Atada koronavirusa iki yeni yoluxma halı qeydə alınıb.

arrow Ətraflı
Appledan sürpriz addım like
  • 24 Mar 08:59  
Digərləri Appledan sürpriz addım

Apple-ın dünən bir çox yeniliyə sahib iOS 13.4 və iPadOS 13.4 yenilənməs

arrow Ətraflı
Rusiyada yepiskopun evində narkotik laboratoriya aşkar edildi like
  • 24 Mar 08:58  
Dünya Rusiyada yepiskopun evində narkotik laboratoriya aşkar edildi

Rusiyada Çerepovetsk və Belozersk yepiskopu Flaviyanın mənzilində narkotik

arrow Ətraflı
Qlobal smartfon bazarının liderləri dəyişdi like
  • 24 Mar 08:55  
Digərləri Qlobal smartfon bazarının liderləri dəyişdi

Dünya smartfon bazarında lider şirkətlərdən olan Huawei telefon istehsalı

arrow Ətraflı
Melaniya Trampın koronavirus testinin nəticəsi mənfi olub like
  • 24 Mar 08:53  
Dünya Melaniya Trampın koronavirus testinin nəticəsi mənfi olub

ABŞ-ın birinci xanımı Melaniya Tramp koronavirus testindən keçib və nəti

arrow Ətraflı
Rusiya 45 il sonra yenidən Aya kosmik gəmi göndərəcək like
  • 24 Mar 08:51  
Digərləri Rusiya 45 il sonra yenidən Aya kosmik gəmi göndərəcək

Rusiya 1976-cı ildə gerçəkləşdirən Luna-24 proqramından 45 il sonra ilk

arrow Ətraflı
Arvadından evə gətirdiyi insan ətindən yemək hazırlamağı tələb etdi like
  • 24 Mar 08:48  
Digərləri Arvadından evə gətirdiyi insan ətindən yemək hazırlamağı tələb etdi

Hindistanın Uttar-Pradeş ştatında yaşayan qadın dəhşətli mənzərənin

arrow Ətraflı
Avropada serialların yayım keyfiyyəti aşağı salınıb – like
  • 24 Mar 08:46  
Digərləri Avropada serialların yayım keyfiyyəti aşağı salınıb –

Məsafədən iş rejiminə keçmiş Avropa ölkələrində yayımlanan seriallar

arrow Ətraflı
Sahil Babayev: “Sahibkarlar distant iş modelindən istifadə edə bilərlər” like
  • 24 Mar 08:42  
Digərləri Sahil Babayev: “Sahibkarlar distant iş modelindən istifadə edə bilərlər”

"Hər gün əmək müqavilələri ilə bağlı monitorinq aparılır. Dün

arrow Ətraflı
Koronavirus texnologiya nəhənglərinə bu qədər ZİYAN VURUB – like
  • 24 Mar 08:41  
Digərləri Koronavirus texnologiya nəhənglərinə bu qədər ZİYAN VURUB –

Koronavirusun zərər verdiyi əsas sektorlardan biri də texnologiyadır. Texno

arrow Ətraflı
Messi Ronaldonu qabaqlayıb, Neymar 3cü olub like
  • 24 Mar 08:38  
Digərləri Messi Ronaldonu qabaqlayıb, Neymar 3cü olub

Ən çox qazanan futbolçuların siyahısı açıqlanıb.

arrow Ətraflı
Google şirkəti xüsusi sayt yaratdı like
  • 24 Mar 08:35  
Digərləri Google şirkəti xüsusi sayt yaratdı

Google şirkəti tərəfindən koronavirus haqqında məlumatların yer aldığ

arrow Ətraflı
ABŞ Əfqanıstana koronavirusla mübarizə üçün 15 milyon dollar ayıracaq like
  • 24 Mar 08:33  
Dünya ABŞ Əfqanıstana koronavirusla mübarizə üçün 15 milyon dollar ayıracaq

ABŞ Əfqanıstana yeni növ koronavirusun yayılmasına qarşı mübarizəyə 1

arrow Ətraflı
Bulvarda dənizdən meyit tapılıb like
  • 24 Mar 08:32  
Digərləri Bulvarda dənizdən meyit tapılıb

Bakının Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində dənizdən m

arrow Ətraflı