Rusiya 45 il sonra yenidən Aya kosmik gəmi göndərəcək


Digərləri 24 Mar 2020 08:51:00 104 0

Rusiya 45 il sonra yenidən Aya kosmik gəmi göndərəcək

Rusiya 1976-cı ildə gerçəkləşdirən Luna-24 proqramından 45 il sonra ilk dəfə Aya kosmik gəmi göndərməyi planlaşdırır.

Son.az ted.az-a istinadən bildirir ki, Luna-25 kosmik gəmisinin 2021-ci ildə peykimizə göndərilməsi gözlənilir.

Gəminin gələn ilin sentyabrında start götürəcəyi və ayın qaranlıq tərəfi adlandırılan Cənub qütbü yaxınlığına eniş edəcəyi bildirilir.

Rusiyanın bu addımı ABŞ ilə yaşanan Soyuq müharibə dövründəki kosmik yarışın davamı kimi qiymətləndirilir.

Moskvada yerləşən Kosmos Siyasəti İnstitutunun direktoru Ivan Moiseyev açıqlamasında "Aya dönüş kosmos liderliyi məsələsində ciddi irəliləyiş olacaq" ifadələrinə yer verib.