Appledan sürpriz addım


Digərləri 24 Mar 2020 08:59:00 178 0

Appledan sürpriz addım

Apple-ın dünən bir çox yeniliyə sahib iOS 13.4 və iPadOS 13.4 yenilənməsini yayımlaması gözlənilirdi.

Son.az ted.az-a istinadən bildirir ki, istifadəçilərini intizarda saxayan şirkət bu gün sürpriz addım atıb. Belə ki, iPad Pro 2020 və Macbook Air 2020 modelləri təqdim edilib.

iPad Pro 2020-dəki ən əsas yeniliklərdən biri Magic Keyboard adlandırılan yeni klaviaturdur. Yeni dizaynlı klaviatur sayəsində iPad Pro-nu notbuk kimi istifadə etmək mümkündür.

Magic Keyboard 2019 iPad Pro və bu gün təqdim edilən 2020 iPad Pro ilə istifadə ediləcək. Bu aksesuardan istifadəni təmin edən iPadOS 13.4-ün, eləcə də iPhone üçün iOS 13.4-ün martın 24-də təqdim ediləcəyi gözlənilir.