Arvadından evə gətirdiyi insan ətindən yemək hazırlamağı tələb etdi


Digərləri 24 Mar 2020 08:48:00 112 0

Arvadından evə gətirdiyi insan ətindən yemək hazırlamağı tələb etdi

Hindistanın Uttar-Pradeş ştatında yaşayan qadın dəhşətli mənzərənin şahidi olub.

Son.az oxu.az-a istinadən bildirir ki, onun Sancay adlı 32 yaşlı əri evə gəldiyində masanın üstünə insan əli ataraq qadına bu "ətdən" yemək hazırlamağı əmr edib.

Bunu görən qadın dəhşətdən huşunu itirib. Bir müddət sonra ayılan qadın daha iyrənc bir mənzərə ilə qarşılaşıb.

Qadının huşsuz olduğunu görən Sancay özü insan ətindən yemək hazırlamağa başlayıb.

Buna tab gətirməyən həyat yoldaşı evdən çıxaraq qapını bağlayıb və Sancay barəsində polisə şikayət edib.