Messi Ronaldonu qabaqlayıb, Neymar 3cü olub


Digərləri 24 Mar 2020 08:38:00 357 0

Messi Ronaldonu qabaqlayıb, Neymar 3cü olub

Ən çox qazanan futbolçuların siyahısı açıqlanıb.

Son.az apasport.az-a istinadən bildirir ki, "France Football" nəşrinin araşdırmalarında oyunçuların maaşları, imic hüquqlarından qazancları və ötən mövsümdəki bonusları nəzərə alınıb.

Siyahıya Argentina millisinin və İspaniya "Barselona"sının ulduzu Lionel Messi başçılıq edir. Onun ötən mövsümdəki ümumi qazancı 131 milyon avroya bərabər olub.

İtaliya "Yuventus"unun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo siyahıda 2-cidir. O, mövsümə 118 milyon avro əldə edib.