Xioami Redmi Note 7 Pro modellərindəki nasazlığa rəsmi münasibət


Digərləri 24 Mar 2020 08:21:00 109 0

Xioami Redmi Note 7 Pro modellərindəki nasazlığa rəsmi münasibət

Çinli istifadəçinin Xioami Redmi Note7 Pro modelinin səbəbsiz yerə alışaraq yanmasını iddia etməsi şirkət rəsmilərini hərəkətə gətirib.

Son.az ted.az-a istinadən bildirir ki, ötən il çoxları sözügedən xəbərin həqiqətə uyğun olmadığını söyləsələr də, bu yaxınlarda eyni halın Hindistanda da baş verdiyi məlum olub.

Belə ki, Vilesh Kumar adlı şəxs mobil telefonunun enerji yığarkən həddindən artıq isindiyini görərək cihazı enerjidən ayırıb çantasına qoyub. Onun sözlərinə görə, cihazı bir müddət sonra yenidən enerjiyə qoşduqda partlayaraq istifadəyə yararsız hala düşüb.

Şirkət rəsmiləri isə bu işdə istifadəçinin özünü günahlandırıblar. Onlar şikayətçiyə 50 faiz endirimlə telefonun yeni modelini təklif ediblər. Şirkət rəsmiləri Redmi Note 7 Pro modelinin batareyasının xəsarət aldığını, hadisənin də elə bu səbəbdən baş verdiyini bildiriblər.