Çində sutka ərzində yeni növ koronavirusa 78 nəfər yoluxub


Dünya 24 Mar 2020 08:13:00 91 0

Çində sutka ərzində yeni növ koronavirusa 78 nəfər yoluxub

Çində yeni koronavirusun qurbanlarının sayı son sutka ərzində yeddi nəfər, yoluxanların sayı isə 78 nəfər artıb. 456 nəfər sağalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ÇXR-in gigiyena və səhiyyə üzrə Dövlət Komitəsi xəbər verib.

Məlumata əsasən, Çində koronavirusa yolxunların ümumi sayı 82 mini keçib. Onlardan 3277 nəfər ölüb, 73 min nəfərdən çoxu isə sağalıb.