Fransada koronavirusdan ölənlərin sayı 860a çatıb


Dünya 24 Mar 2020 08:08:00 118 0

Fransada koronavirusdan ölənlərin sayı 860a çatıb

Fransada son sutka ərzində 186 nəfər koronavirus infeksiyasının səbəb olduğu xəstəlikdən dünyasını dəyişib. Ölkədə bu virusdan ölənlərin ümumi sayı 860 nəfərdir.

Son.az APA-ya istinadən xəbər verir ki,  bunu Fransanın Səhiyyə naziri Olivye Veran mətbuat konfransında deyib.

"Ümumilikdə koronavirusa yoluxanların sayı 19856 nəfərdir, 860 nəfər ölüb, ümumilikdə 8675 nəfər xəstəxanaya yerləşdirilib, 2082 nəfər reanimasiyadadır", - nazir belə deyib.