Ukraynada koronavirusa daha 10 yoluxma halı qeydə alındı


Dünya 24 Mar 2020 07:45:00 130 0

Ukraynada koronavirusa daha 10 yoluxma halı qeydə alındı

Ukrayna Səhiyyə Nazirliyi son sutka ərzində koronavirusa 10 yeni yoluxma halı qeydə alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirinin müavini Viktor Lyaşko açıqlama verib.

"İlkin məlumata görə, bizdə daha 10 yeni kornavirusa yoluxma hadisəsi var", - Nazir müavini ICTV telekanalının efirində deyib.

Beləliklə, Ukraynada gün ərzində xəstələnənlərin sayı 73-dən 83-ə yüksəldi, onlardan üçü ölüb, bir nəfər sağalıb.