Koronavirusla bağlı xüsusi sayt yaradıldı


Dünya 24 Mar 2020 07:20:00 128 0

Koronavirusla bağlı xüsusi sayt yaradıldı

Layihənin məqsədi koronavirus ətrafında təşvişi səngitməkdir

İnternetdə COVID-10 virusundan ölmə ehtimalını hesablayan “Corona Don’t Panic” saytı işə düşüb.

“Report” xəbər verir ki, layihənin məqsədi koronavirus ətrafında təşvişi səngitməkdir.

Saytda yaş, cins, ölkə və mümkün ola biləcək xəstəliklər (ürək-damar, onkoloji, respirator və s.) barədə məlumat yerləşdirmək olar. Alınmış nəticələr sizin koronavirusdan başqa bir çox şeydən (məsələn suda boğulma) ölmə ehtimalı ilə müqayisə edilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 180-dən çoxölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı332 930-yəçatıb. Bunların bir qismisağalıb, 14,5 mindən çox insanisə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-dəinfeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.