Daşınan cihazların istehsalı azalacaq –


Digərləri 24 Mar 2020 07:01:00 129 0

Daşınan cihazların istehsalı azalacaq –

Dünyada mövcud olan koronavirus pandemiyasına görə, daşınan elektronik cihazların istehsalı və satışı azalacaq.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda məlumat IDC analitik şirkətinin hesabatında qeyd olunub.

Məlumata əsasən, bu il 368,2 milyon daşınan cihaz satışa çıxarılıb. Bu rəqəm ötən ilin göstəricisindən 89% azdır.

Sözügedən şirkətin mütəxəssisləri bildiriblər ki, bazarda müşahidə edilən azalma minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasdır: "Daşınan cihazların satışı daha 6 ay azalmağa doğru gedəcək. Smart saat və qolbağlar daha az satılacaq. Bu ilin ilk rübündə onların satışı ümumi olaraq 13% azalacaq. Çünki bu cihazların əsas istehsalçılarından biri olan Çində bir neçə zavod bağlanıb və işçi çatışmazlığı mövcuddur".