DOST Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Sosial 24 Mar 2020 04:44:00 147 0

DOST Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVID-19) qarşı həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyi də öz dəstəyini göstərib.

Nazirlikdən “Report”a verilən məlumata görə, DOST Agentliyi dövlət başçısının Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.

Agentliyin kollektivi əmindir ki, qlobal pandemiyanın respublikamızda yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən aparılan ciddi proflaktik və preventiv tədbirlər uğurlu nəticə verəcək.