Konstitusiya Məhkəməsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb


Digərləri 23 Mar 2020 22:49:00 185 0

Konstitusiya Məhkəməsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Koronavirusa (COVİD-19) qarşı mübarizəyə dəstək kampaniyasına qoşulub.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimləri və Aparatın məsul əməkdaşları Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, onunla mübarizə istiqamətində dövlətin həyata keçirdiyi təhlükəsizlik, preventiv və profilaktik tədbirləri dəstəkləyərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz əmək haqqları hesabından 100 min manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul ediblər.