Sahibkarlara müxtəlif formada güzəştlər ediləcək İbrahim Məmmədov


Digərləri 23 Mar 2020 22:20:00 167 0

Sahibkarlara müxtəlif formada güzəştlər ediləcək  İbrahim Məmmədov

İnfeksiyaya qarşı zəruri olan ləvazimatların ölkə daxilində istehsalını təşkil etmək zəruridir, amma bunu qısa zamanda həyata keçirmək mümkün deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bunu xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, sahibkarlara müxtəlif formada güzəştlər ediləcək ki, onlar muzdlu işçilərini saxlasın və sosial məsuliyyətini itirməsinlər.

"Bu gün Sədərək ticarət mərkəzinin rəhbəri bildirib ki, martın 15-dən aprelin 15-dək sahibkarlardan icarə haqqı alınmayacaq".