Koronavirusdan sağalanların ağciyərlərində elə şeylər tapıldı ki...


Digərləri 23 Mar 2020 22:04:00 104 0

Koronavirusdan sağalanların ağciyərlərində elə şeylər tapıldı ki...

Yeni tip koronavirusdan sağalan xəstələrin ağciyərlərində maye və yad cisimlərlə dolu kisələr aşkarlanıb.

Son.az xəbər verir ki, bu tapıntı çinli alimlərin araşdırmaları nəticəsində ortaya çıxıb.

Uhan Universiteti Zonqnam Xəstəxanasının elm adamları 140 koronavirus xəstəsi üzərində analiz aparıb. Nəticədə bir xəstənin ağciyərində buzlu şüşəyə bənzər maddələr tapılıb. Bu tapıntıların orqanlarda daimi zədə yaratdığı bildirilib.

Honkonqda 12 xəstəlikdən sağalan şəxs üzərində aparılan kiçikmiqyaslı araşdırma nəticəsində məlum olub ki, koronavirus ağciyərdə fünksiyaların azalmasına səbəb olur. Şahzadə Marqaret Xəstəxnası Yoluxucu Xəstəliklər Mərkəzinin tibb direktoru Oven Tsanq Tak Yin bəzi xəstələrin ciyərində sağaldıqdan sonra 20-30% zədə qaldığını bildirib.