Azərbaycanda koronavirusa görə testləşdirmə işi xeyli artıb Səhiyyə nazirinin müavini


Digərləri 23 Mar 2020 22:10:00 114 0

Azərbaycanda koronavirusa görə testləşdirmə işi xeyli artıb  Səhiyyə nazirinin müavini

Azərbaycanda koronavirusa görə testləşdirmə işi xeyli artıb. Bu günə qədər 72 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu koronavirusla əlaqədar keçirilən brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Nazir müavini əlavə edib ki, onların 10-u sağalıb, 1-i ölüb. Təxminən 1000 nəfər karantindədir. Aşkar olunanlar arasında 2 nəfər əcnəbi var. Aşkarlanan şəxslər əsasən, 29-50 yaşlı insanlardır: "Bu xəstəlik cənub zonasında daha çoxdur. İranla sərhədlər hələ tam bağlanmamış oradan gələnlər arasında xəstələr də olub".

Maskaların apteklərdə limit çərçivəsində satılmasına münasibət bildirən V.Qasımov əlavə edib ki, maskalar aptek şəbəkələri tərəfindən alınıb-satılır.