Gözlərimiz niyə "yol çəkir?" ELMİ SƏBƏBLƏRİ


Digərləri 23 Mar 2020 21:59:00 148 0

Gözlərimiz niyə "yol çəkir?"  ELMİ SƏBƏBLƏRİ

Çox vaxt insanın özündən asılı olmayan səbəblərdən baxışları bir nöqtəyə zillənib, cansız, şüşə gözlər kimi hərəkətsiz qalır. Hətta el arasında bu vəziyyətə "gözlərin yol çəkir", "uzaq yerdən qonağın gələcək" kimi sözlərlə ifadə olunur. Bəs bu həqiqətən belədir, yoxsa bu vəziyyətin dərinliyində ciddi problemlər dayanır?

Son.az oxucularına bu vəziyyətin səbəblərini təqdim edir.

Bəlkə də gözlər qəlbin aynasıdır frazası bu məsələyə öz qəlibində aydınlıq gətirə bilər. İnsanın daxili vəziyyəti  baxışlarında öz əksini tapır. Çünki bizim gözlərimiz sinir sistemimizlə birbaşa əlaqədədir. 

Əgər siz sevincli və ya kədərlisinizsə bu mütləq baxışlarınızda özünü biruzə verir. Hətta insan öldükdən sonra onun gözləri bir müddət işığa reaksiya verir, göz bəbəkləri canlı orqanizm kimi reaksiya verə bilir (qırpılır).

"Donuq baxış" effektinin bir neçə səbəbləri var.

1. Soyuqdəymə, zökəm.

Bu gözlərin donuq olmasının ən geniş yayılmış səbəbidir. Qızdırma, zəifləmiş orqanizm, halsızlıq birinci gözlərdə əks olunur. Onların rəngi solur, yorğun görünür və tez-tez baxışlar bir nöqtəyə yönəlir. Xoşbəxtlikdən, bu simptom xəstəliklə birlikdə yoxa çıxır.

2. Psixoemosional vəziyyət.

Psixoloqların fikrincə "donuq baxış" effektinin yaranmasının başlıca səbəbi insan psixologiyasından asılıdır. Bu vəziyyət onun özünə qapanmasından, depresiyadan xəbər verir.

Hər kəs ətrafında baş verən çətinliklərə, bədbəxt hadisələrə başqa formada reaksiya verir. Güclü emosiyalar qarşısında bu vəziyyət özünü daha tez göstərir. Yox əgər heç bir pis hadisə baş verməyibsə, ancaq insanda yenə bu donuq baxışlar müşahidə olunursa, bu erkən depresiyanın xəbərçisidir. Bundan xilas olmaq üçün, mütləq bu melonxolik vəziyyətdən qurtulmaq lazımdır.