Prezidentin köməkçisi: "Azərbaycan dövləti vətəndaşlarının yanındadır"


Siyasət 23 Mar 2020 21:42:05 153 0

Prezidentin köməkçisi: "Azərbaycan dövləti vətəndaşlarının yanındadır"

"Azərbaycan dövləti vətəndaşlarının yanındadır"

© Report — Hikmət Hacıyev

"Bu günə qədər dövlət hesabına 10 minə yaxın Azərbaycan vətəndaşının təxliyəsi həyata keçirilib".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifində Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Hər bir vətəndaşımızın öz ölkəsinə gəlmək hüququ var və dövlətimiz də bu çətin şəraitdə vətəndaşlarımızın gətirilməsi üçün zəruri tədbirlər həyata keçirir", - deyə o bildirib.

Hikmət Hacıyev deyib ki,Azərbaycan dövləti vətəndaşlarının yanındadır.

"Vətəndaşlarımız da olduqları xarici ölkənin karantin rejiminə riayət etsinlər. Azərbaycan dövləti vətəndaşlarının yanındadır. Əvvəlki illərin təcrübəsi göstərir ki, beynəlxalq səviyyədə baş vermiş silahlı münaqişələr zamanı və təbii fəlakətlər zamanı Azərbaycan vətəndaşlarının təxliyəsi prosesləri həyata keçirilib", -deyə H.Hacıyev bildirib.