Küçədə 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edildi Azərbaycanda


Digərləri 23 Mar 2020 21:20:00 120 0

Küçədə 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edildi  Azərbaycanda

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. Son.az bildirir ki, iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib. 

Bu müddət ərzində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.