Soyuqdəymədən qoruyan EFFEKTLİ ÜSULLAR


Digərləri 23 Mar 2020 21:35:00 107 0

Soyuqdəymədən qoruyan EFFEKTLİ ÜSULLAR

Dəyişkən hava şəraitində qrip və soyuqdəymə halları kəskin şəkildə artır.

Son.az xəbər verir ki, Böyük Britaniyanın elm adamları virusdan qorunmaq üçün bəzi tövsiyyələr veriblər:

1. Həkimlər hesab edir ki, burun nahiyyəsini tez-tez isitmək soyuqdəymədən yayınmağa kömək edə bilər. Məsələn burunu buxarla isitmək olar. Bildirilir ki, burun nahiyyəsində hərarət aşağı düşərsə qan dövranı və mikroblarla mübarizə aparan immunitet hüceyrələrinin fəaliyyəti zəifləyir. Bu da soyuqdəyməyə yoluxma təhlükəsini artırır.

2. İmmunitet sistemini gücləndirən D vitamini ilə zəngin qidaların qəbulunu artırmaq lazımdır - balıq, yumurta, süd məhsulları.

3 Paltarları isti suda yumaq lazımdır. 40 dərəcədən artıq temperaturda viruslar ölə bilir.