Danışaraq gəlirlər, 2 saat sonra boğulub ölürlər Həkimlər koronavirus xəstələrindən danışdı
Dünya 23 Mar 2020 21:05:00 112 0
Fransada koronavirus xəstələrini müalicə edən həkimlər pandemiya ilə bağlı sakinlərə xəbərdarlıq ediblər.
Son.az xəbər verir ki, onlar bildiriblər ki, koronavirus insanın səhhətində 2 saat ərzində ciddi problemlər yarada bilir:
"Virus sürətlə yayılır. Xəstələrin 35 faizi nəfəs aparatına bağlıdır. Xəstələr içəriyə danışaraq girirlər. 2 saat sonra boğulurlar. Lütfən evdən çıxmayın. Bu xəyal etməyəcəyiniz qədər ciddi məsələdir".
Həkimlərin sözlərinə görə, insanlar xəbərdarlıqlara məhəl qoymasa Fransada "fəlakət" yaşanacaq.
Mənbə: milli.az