Tanınmış həkim koronavirusun yayılmasının qarşısını alan amilləri açıqladı


Digərləri 23 Mar 2020 20:45:00 100 0

Tanınmış həkim koronavirusun yayılmasının qarşısını alan amilləri açıqladı

Tanınmış həkim, ukraynalı pediatr, 15-dən çox kitabın müəllifi, sağlamlıq verilişinin aparıcısı - Yevgeni Komarovski italyan və rus təqaüdçüləri müqayisə edərək bildirib ki, koronavirusun Rusiyada İtaliyadakı kimi geniş yayılması gözlənilmir.

Son.az xəbər verir ki, MDB-nin ən məşhur pediatrı kimi tanınan həkim özünün Yutub kanalında yayımladığı son videosunda koronavirus barədə danışıb.

O bildirib ki, COVID-19 yaşlılar üçün təhlükəlidir və İtaliyada yaşlı sakinlər daha çoxdur. Ümumiyyətlə, uzunömürlülüyə görə, İtaliya Yaponiyadan sonra ikinci yerdədir. Bu amil çox sayda ölümün mümkün izahlarından biridir.

İtalyanlar arasında koronavirus infeksiyasının sürətlə yayılmasına səbəb olan ikinci amil kimi Komarovski ölkədə ünsiyyət və salamlaşma ənənələrini nəzərdən keçirir. Heç kimə sirr deyil ki, İtaliyada nəinki əllə salamlaşmaq, həm də sağollaşanda öpüşmək adətdir.

Bundan əlavə, italiyalılar, xüsusən yaşlı insanlar çox aktiv həyat tərzi keçirirlər: restoran, kafe, park və müxtəlif tədbirlərdə toplaşırlar.