Koronavirusla mübarizəyə “ANC GROUP” MMC də dəstək göstərib


Digərləri 23 Mar 2020 18:39:00 122 0

Koronavirusla mübarizəyə “ANC GROUP” MMC də dəstək göstərib

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVID-19) qarşı həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə "ANC GROUP" MMC də öz dəstəyini göstərib.

Şirkət dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürüb.

Məlumat üçün bildirək ki, "ANC GROUP" MMC-nin tərkibində fəaliyyət göstərən "Rahat supermarket"lər şəbəkəsi hazırda 40-dan çox filialı ilə pərakəndə bazarında təmsil olunur.