“Azərişıq” 3 günə 850 müraciətə baxdı


İqtisadiyyat 23 Mar 2020 18:28:36 167 0

“Azərişıq” 3 günə 850 müraciətə baxdı

“Martın 20-22-i tarixlərində – Novruz bayramı günlərində “Azərişıq” ASC-də 850-dən artıq elektron müraciət cavablandırılıb”.

“Martın 20-22-i tarixlərində – Novruz bayramı günlərində “Azərişıq” ASC-də 850-dən artıq elektron müraciət cavablandırılıb”.

Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, müraciətlərin hamısı öz həllini tapıb:

“Azərişıq” rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır. Bayram günlərində olduğu kimi hazırda da ölkə ərazisində elektrik enerjisinin təchizatı qaydasındadır. Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, “Azərişıq” ASC-nin “Facebook”, “Instagram” sosial şəbəkələri yaxud “Whatsapp" (+994772176762) vasitəsi ilə sual, şikayət və təkliflər cavablandırılır”.