Təmiz əllər kampaniyası davam edir


Digərləri 23 Mar 2020 18:29:00 172 0

Təmiz əllər kampaniyası davam edir

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən təmiz əllər kampaniyası davam edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzaidən estafeti qəbul edən İqtisadiyyat naziri Mikayil Cabbarov kampaniyada iştirak edib və estafeti UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Kavardinə ötürüb.

Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.