Operativ Qərargahın tələblərini pozan obyektlərin və sürücülərin sayı açıqlandı


Digərləri 23 Mar 2020 17:57:00 103 0

Operativ Qərargahın tələblərini pozan obyektlərin və sürücülərin sayı açıqlandı

Məlum olduğu kimi, koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konkret olaraq kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb, restoran və kafelərdə iş rejimi saat 15.00-dək müəyyən edilib.

Tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi tədbirlər dəstəklənir.

Lakin respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 15.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə müəyyən edilmiş konkret vaxtdan sonra fəaliyyətini dayandırmayan respublika üzrə 411, o cümlədən Bakı şəhərində 154 obyekt müəyyən edilmişdir. Göstərilən səbəbdən 347 obyekt sahibinə xəbərdarlıq olunmuş, 71 obyekt sahibi barəsində inzibati cərimə tətbiq edilmişdir.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar əhali arasında dezinformasiya xarakterli məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs olunmuşdur.