ABŞ Senatında ilk koronavirusa yoluxma qeydə alınıb


Dünya 23 Mar 2020 17:14:00 121 0

ABŞ Senatında ilk koronavirusa yoluxma qeydə alınıb

ABŞ-ın Kentukki ştatından olan respublikaçı senator Rand Pol koronavirus testindən keçib, nəticə müsbət olub.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə senator "Twitter" hesabıda yazıb. 

O bildirib ki, səyahətlərdə olması ilə əlaqədar hər etimala qarşı "COVID-19" testindən keçib. 

Karantinə alınan senator bu çətin şəraitdə Kentukki xalqı üçün fəaliyyətini davam etdirmək niyyətində olduğunu vurğulayıb. 

O, özünü yaxşı hiss etdiyini vurğulayıb.