Cəlilabadda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb


Kriminal 23 Mar 2020 17:19:00 148 0

Cəlilabadda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Cəlilabad rayonununda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 22-də Göytəpə şəhəri ərazisində Bakı şəhər sakini M.Nəcəfovun idarə etdiyi "Hyundai" markalı avtomobil saxlanılıb.

M.Nəcəfovdan və sərnişini Sabirabad rayon sakini S.Məmmədovdan 7 kiloqram 610 qram heroin və 4 kiloqramdan artıq metamfetamin götürülüb.