Operativ Qərargah: Koronavirusun Azərbaycan daxilində yayılma halları aşkarlanıb


Siyasət 23 Mar 2020 17:04:12 125 0

Operativ Qərargah: Koronavirusun Azərbaycan daxilində yayılma halları aşkarlanıb

"Hazırda Azərbaycanda 61 aktiv koronavirus xəstəsi var".

"Hazırda Azərbaycanda 61 aktiv koronavirus xəstəsi var".

"Report" xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib.

"Bu günə qədər COVİD-19 virusuna yoluxma halları sırasında xarici ölkələrdən gələn vətəndaşlar üstünlük təşkil edir. Artıq Azərbaycan ərazisində ölkə daxilində də yayılma halları aşkarlanıb", -məlumatda vurğulanıb.