NASAdan meteorit xəbərdarlığı


Digərləri 23 Mar 2020 17:04:00 180 0

NASAdan meteorit xəbərdarlığı

NASA tərəfindən potensial təhlükə olaraq təsnif edilən 1998 OR2 adlı meteorit gələn ay Yerin yaxınlığından keçəcək.

Son.az Yenicag.az-a istinadən xəbər verir ki, Yerlə toqquşma ehtimalı olan 1998 OR2, bu günə qədər bilinən ən təhlükəli meteoritdir. Onun 29 aprel 2020-də Azərbaycan saatı ilə səhər saat 10:00-da dünyaya ən yaxın mövqeyinə gəlməsi gözlənilir.

NASA işçiləri meteoritin planetimizlə toqquşma ehtimalının olmadığını açıqlayıblar. Əks təqdirdə isə 4 kilometrlik meteorit yer kürəsinə qlobal təsir göstərə bilər.