Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb


İqtisadiyyat 23 Mar 2020 16:27:35 129 0

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb

​Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb

Sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Report”a verilən məlumata görə,həmin tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar, Sumqayıtdan isə Bakıya saat 17:45, 18:45 və 19:30 - da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.