100 minə yaxın insan koronavirusdan sağalıb


Dünya 23 Mar 2020 16:04:00 97 0

100 minə yaxın insan koronavirusdan sağalıb

Koronavirusdan ölənlərin sayı ilə yanaşı, sağalanların sayı da artmaqdadır.

Son.az worldometers-ə istinadla xəbər verir ki, xəstəlikdən sağalanların sayı 100 minə çatır. Bu günə qədər koronavirusdan 99 066 insan sağalıb.

Ən son statistikaya görə, koronavirusa dünya üzrə 343,394 nəfər yoluxub. 14774 nəfər bu virusdan ölüb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.