Mikayıl Cabbarov təmiz əllər kampaniyasında iştirak edib - VİDEO


Sosial 23 Mar 2020 16:20:30 166 0

Mikayıl Cabbarov təmiz əllər kampaniyasında iştirak edib - VİDEO

​Mikayıl Cabbarov təmiz əllər kampaniyasında iştirak edib

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən təmiz əllər kampaniyası davam edir. BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzaidən estafeti qəbul edən İqtisadiyyat naziri Mikayil Cabbarov kampaniyada iştirak edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, nazir estafeti UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Kavardinə ötürüb.

Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.