Sahil qəsəbəsinin küçələri dezinfeksiya edildi


Digərləri 23 Mar 2020 12:04:00 150 0

Sahil qəsəbəsinin küçələri dezinfeksiya edildi

Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı şəhərində dezinfeksiya tədbirləri davam etdirilir.

Son.az Trend-ə istinadən bildirir ki, növbəti dezinfeksiya işləri Qaradağ rayonu Sahil qəsəbəsində aparılıb. Belə ki, qəsəbənin küçələri xüsusi kommunal texnikalar vasitəsi ilə yuyulub.

Bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, marketlərin ətrafı, məişət tullantıları üçün ayrılmış sahələr və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılıb.