Cəlilabadda polisi güllələyən şəxs həbs edildi


Kriminal 23 Mar 2020 11:49:00 50 0

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri açıqlama yayıb.

Son.az xəbər verir ki, açıqlamada deyilir:

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınmasında, habelə polis əməkdaşına müqavimət göstərməkdə şübhəli bilinən şəxslər tutularaq məsuliyyətə cəlb olunub.

Belə ki, Bakı şəhəri sakinləri Zaitov Rüfət Raufoviç, İsmayılov İsmayıl Mədət oğlu və qeyrilərinin mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlmələri ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında martın 21-də gecə saat 02 radələrində təşkil olunmuş əməliyyat tədbirində iştirak edən polis əməkdaşı xidməti vəzifələrini yerinə yetirib onlara özünü təqdim edib təslim olmalarını tələb edən zaman cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə Rüfət Zaitovun polis əməkdaşına xəsarət yetirərək İsmayıl İsmayılovun idarə etdiyi avtomobillə uzaqlaşmağa cəhd edərkən xidməti silah tətbiq edilməsi nəticəsində Rüfət Zaitovun "sağ ayağın güllə yarası", İsmayıl İsmayılovun isə "döş qəfəsinin güllə yarası" xəsarətləri almalarına baxmayaraq ərazidən avtomobillə qaçıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış təbdbiri nəticəsində onlar paytaxtın Qaradağ rayonu ərazisində saxlanılıb.

Fakta görə 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.

İş üzrə zəruri ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işi üzrə Rüfət Zaitov təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İsmayıl İsmayılovun isə hazırda xəstəxanada stasionar şəraitdə müalicəsi davam etdirilir.

Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmış və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son.az 

Bakıda yeraltı qarajlar dezinfeksiya edilir like
  • 23 Mar 11:44  
Digərləri Bakıda yeraltı qarajlar dezinfeksiya edilir

COVİD-19 virusunun yayılmasının qarşısını alınması məqsədi ilə şə

arrow Ətraflı
Nailə İslamzadə mahnı oxudu like
  • 23 Mar 11:39  
Şou-biznes Nailə İslamzadə mahnı oxudu

Məşhur aparıcı Nailə İslamzadə İTV televiziyasının "virusa meydan

arrow Ətraflı
Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib like
  • 23 Mar 11:34  
Digərləri Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

arrow Ətraflı
Bu ölkədə də məhkumlar azadlığa buraxılacaq like
  • 23 Mar 11:29  
Dünya Bu ölkədə də məhkumlar azadlığa buraxılacaq

Fələstin prezidenti Mahmud Abbas yeni növ koronavirusla (Kovid-19) mübarizə

arrow Ətraflı
Cəlilabadda polisə xəsarət yetirilməsi ilə bağlı rəsmi açıqlama like
  • 23 Mar 11:25  
Sosial Cəlilabadda polisə xəsarət yetirilməsi ilə bağlı rəsmi açıqlama

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin (DİN)&Mətbuat xidmətlər

arrow Ətraflı
Röya verilişdə şəxsi həyatı, dostları, ailə üzvləri haqqında danışdı like
  • 23 Mar 11:24  
Şou-biznes Röya verilişdə şəxsi həyatı, dostları, ailə üzvləri haqqında danışdı

"Sevgi gözəl hiss və gəşəng sözdür. Sevginin içində belə amansı

arrow Ətraflı
“ExxonMobil” koronavirusa görə xərclərini azaldır like
  • 23 Mar 11:22  
İqtisadiyyat “ExxonMobil” koronavirusa görə xərclərini azaldır

​“Exxon Mobil” koronavirusa görə xərclərini azaldır

arrow Ətraflı
Rihanna koronavirusla mübarizəyə 5 milyon dollar ayırdı like
  • 23 Mar 11:19  
Digərləri Rihanna koronavirusla mübarizəyə 5 milyon dollar ayırdı

Bütün dünyada imkanlı insanlar koronavirusa dəstək məqsədi ilə müəyy

arrow Ətraflı
Koronavirusun yeni əlamətləri: like
  • 23 Mar 11:04  
Digərləri Koronavirusun yeni əlamətləri:

Qoxu və dad hissinin yoxa çıxması yeni növ koronavirusun simptomları sayı

arrow Ətraflı
Gürcüstanda koronavirusdan sağalanların sayı 8 nəfərə çatdı like
  • 23 Mar 11:02  
Dünya Gürcüstanda koronavirusdan sağalanların sayı 8 nəfərə çatdı

Gürcüstanda koronavirus diaqnozu qoyulan daha iki pasiyent tam sağalıb.

arrow Ətraflı
Yeni Hayat Şirkətlər Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat köçürdü! like
  • 23 Mar 11:00  
Digərləri Yeni Hayat Şirkətlər Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat köçürdü!

Yeni Hayat Şirkətlər Qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Ə

arrow Ətraflı
Ağcabədidə polis əməkdaşı bıçaqlandı like
  • 23 Mar 10:57  
Sosial Ağcabədidə polis əməkdaşı bıçaqlandı

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycanda bir ayda 11 mindən çox yeni körpə doğulub like
  • 23 Mar 10:57  
Digərləri Azərbaycanda bir ayda 11 mindən çox yeni körpə doğulub

Cari ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöb

arrow Ətraflı