“ExxonMobil” koronavirusa görə xərclərini azaldır


İqtisadiyyat 23 Mar 2020 11:22:35 157 0

“ExxonMobil” koronavirusa görə xərclərini azaldır

​“Exxon Mobil” koronavirusa görə xərclərini azaldır

ABŞ-ın nəhəng enerji şirkəti “ExxonMobil” koronavirus pandemiyası ilə əlaqədar kapital və əməliyyat xərclərini azaltmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə şirkətin sözçüsü Ceremi İkenberi “Reuters” agentliyinə bildirib.

“Bu görünməmiş vəziyyətlə əlaqədar yaxın müddətdə kapital və əməliyyat xərclərini əhəmiyyətlə dərəcədə azaltmaq üçün bütün müvafiq addımları qiymətləndiririk",- deyə o qeyd edib.

Şirkətin rəsmisi bildirib ki, podratçılara və satıcılara işçi heyəti və büdcələrini müvafiq qaydada tənzimləmələri üçün azaltma ilə bağlı niyyətlərini xəbər veriblər.

Agentliyin məlumatına görə, şirkət şənbə günü Luiziana ştatının paytaxtı Baton Ruj şəhərindəki neft emalı zavodunda istehsalı azaldıb, cümə günü isə 1800 nəfər müqaviləli işçini ixtisar edib.

“ExxonMobil” Mozambikdə 30 mlrd. ABŞ dollar dəyərində qiymətləndirilən LNG layihəsini də təxirə salmağı planlaşdırır.