Röya verilişdə şəxsi həyatı, dostları, ailə üzvləri haqqında danışdı


Şou-biznes 23 Mar 2020 11:24:00 192 0

Röya verilişdə şəxsi həyatı, dostları, ailə üzvləri haqqında danışdı

"Sevgi gözəl hiss və gəşəng sözdür. Sevginin içində belə amansızlıq var. Birinə qıyırsan, icazə verirsən ki, səni sevsin! Sonra onun bütün ruhu sınır, dağılır. Ancaq daha çox yadda qalan amansızlıqlar olur. Buna görə də uşaq dünyaya gətirmək lazımdır". 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan AzTV-də yayımlanan "Ağ-Qara" proqramına qonaq olarkən deyib. 

Məşhur müğənni verilişdə şəxsi həyatı, dostları, ailə üzvləri haqqında danışıb. 

"Sevgi əmanətim oğlum Hüseynin atasında (red Anar Cəlilov) qalıb.  Çünki ondan övladım var. Özüm çox insanları yandırmışam, sevgini az hallarda başa düşmüşəm. Çox aşiq olanın yanından yavaşca çıxıb getmişəm.  Ona görə də, münasibətdəki dəyəri sonra anlamışam. İndi insanı pis vəziyyətdə qoyub getmək istəmirəm. Çünki özüm də bu vəziyyəti yaşamışam",- deyə R. Ayxan deyib. 

Daha sonra Röya kinli insan olduğunu etiraf edib: "Mahnılarımı ürəkdən oxumuşam, çünki yaşamışam. Yaşananlar yaşanır. Həyatımda olan insanları belə unutmuşam. Çox əziyyət çəkmişəm. Hətta üz-üzə gəlmişəm, öz-özümə demişəm ki, bu kimdir ki, mənə belə baxır? Sonra yadıma salıblar, gülmüşəm. İnsanın üz cizgilərini unutmuşam. Kin yaxşı şeydir. Kinin içində yaxşılıq da, pislik də var. Bunları unutmuram. Münasibətdə isə heç kəsi yadda saxlamıram. Mən güclü insanları yadımda saxlaya bilərəm". 

Sənətçi həyatda hər şeyə tez nail olduğunu vurğulayıb: "Biz dəyişirik, zaman yox. Zamanın içində dəyişirik. 37 yaşımda Xalq artisti oldum. Hər şeyə tez nail oldum. 10 yaşımdan işləmişəm. Küçədə oğlanla əl-ələ getməmişəm, uşaqlıq sevgisi yaşamamışam. Daha sonra evləndim, tez ana oldum. Daxilimdə rahat bir qadın var. Yaşamadıqlarımı nə vaxtsa yaşamağı düşünürəm".