Azərbaycan qaz hasilatını 19% artırıb


İqtisadiyyat 23 Mar 2020 10:50:27 101 0

Azərbaycan qaz hasilatını 19% artırıb

​Azərbaycan qaz hasilatını 19% artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 6,127 mln. ton neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu həcmin 6,117 mln. tonu əmtəəlik neft hasilatı olub.

Neft hasilatının həcmi ötən ilin müvafiq dövründən 3,7% azdır.

Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 6,636 mlrd. kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 11,5% çoxdur.

İki ayda hasil edilən təbii qazın 4,655 mlrd. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Ölkədə əmtəəlik təbii qazın həcmi ötən ilin müvafiq dövründən 19,1% çox olub.