"Qurd" nişanlandı "Çox çətin bir vaxtda biz “həri”ləndik"


Şou-biznes 23 Mar 2020 09:54:00 228 0

"Qurd" nişanlandı  "Çox çətin bir vaxtda biz “həri”ləndik"

"Qurd" ləqəbi ilə tanınan reper Fərid Eminov ailə qurmağa hazırlaşır.

Son.az axşam.az-a istinadən bildirir ki, reper tanınmış şahmatçı Şəhriyar Məmmədyarovun baldızı Leyla Məmmədova ilə nişanlanıb. Nişan mərasimi evdə baş tutub.

Bu barədə "Qurd" özü məlumat verib. O, koronavirusla əlaqədar gərgin vəziyyətə baxmayaraq, mərasimi təxirə salmaq istəmədiklərini bildirib:

"Subaylar üçün olsun. Bəli, çox çətin bir vaxtda biz "həri"ləndik. Yanımızda olan, bizə dəstək verən hər kəsə təşəkkür edirəm".