Koronavirus bioloji silahdır?


Digərləri 23 Mar 2020 09:49:00 123 0

Koronavirus bioloji silahdır?

Günlərdir ki, bu yazını yazıb-yazmamağı düşünürdüm.

Bir tərəfdən "Gördünüzmü?" sədalarının səslənəcəyinə əmin olduğum üçün komplo nəzəriyyəsinin tərəfdarlarına yeni kart-blanş vermək istəmirdim, digər tərəfdən də gerçək və həqiqət deyilən anlamlar var.

İndi yazıram.

COVİD-19 koronavirusu barədə hamınız artıq az, ya çox məlumatlısınız.

Bu pandemik virusun Çinin Uhan vilayətində yarasaların ətinin yeyilməsindən yarandığı da vurğulanır.

Belədirmi?

Yox. Əfsuslar olsun ki, yox.

ABŞ bioloqları hələ 5 il əvvəl yarasalarla laboratoriyalarda eksperimentlər apararaq insan həyatı üçün ölümcül virusu süni şəkildə yaratmışdılar.

Onlar Çində yaşayan yarasalarda aşkarlanmış koronavirusun hibridini yaratmaq istəyirdilər.

Bu məqsədlə SHCO14 adlı səth zülalı yarasaların ağciyərindən götürülmüş ağır kəskin respirator sindromu (Severe acute respiratory syndrome-related coronavirus, SARS-CoV) virusu ilə üzvi sintez olunur.

Nəticədə çox təhlükəli mutant virus alınır.

Aparılmış testlər göstərirdi ki, bu virus insan vücudunun hüceyrələrində çox böyük sürətlə və aktiv inkişaf edir.

Amerikalı bioloqlar bəyan etmişdilər: "Yeni əldə olunmuş virus ölümcül təhlükəlidir. Hesab edirik ki, bu minvalla bəşəriyyəti xəbərdar etdik.

Yeni ximera virus yarasalarda sürətlə inkişaf etdi. Biz onu insanlardakı ölümcül xəstəliklərin formasına adaptasiya etdik.

Yeni, ximera virus insanın tənəffüs yollarındakı hüceyrələrə yoluxur. Bu isə göstərir ki, SHC014 səth zülalı həmin hüceyrələrdəki ən önəmli reseptorlarla əlaqə yaratmaq və onu yoluxdurmaq üçün zəruri struktura malikdir".

Açıqlamanın orijinalından iqtibas: "The researchers created a chimaeric virus, made up of a surface protein of SHC014 and the backbone of a SARS virus that had been adapted to grow in mice and to mimic human disease. The chimaera infected human airway cells - proving that the surface protein of SHC014 has the necessary structure to bind to a key receptor on the cells and to infect them".