Cənubi Koreyada daha 64 nəfər koronavirusa yoluxub


Dünya 23 Mar 2020 09:07:00 135 0

Cənubi Koreyada daha 64 nəfər koronavirusa yoluxub

Cənubi Koreyada daha 64 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, ölkə ərazisində koronavirusa yoluxanların ümumi sayı 8961 nəfərə çatıb.

Bildirilir ki, sutka ərzində koronavirusdan 7 nəfər ölüb, ölü sayı 111-ə yüksəlib.

Qeyd edilir ki, ölkədə sağalan koronavirus xəstələrinin sayı 3166 nəfər təşkil edir.