Rend Pol koronavirusa yoluxub


Dünya 23 Mar 2020 08:39:00 126 0

Rend Pol koronavirusa yoluxub

Amerikalı respublikaçı senator Rend Pol (Kaliforniya ştatı) koronavirusa yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə R.Polun "Twitter" səhifəsində yerləşdirilən məlumatda deyilir.

Məlumatda bildirilir: "Senator Rend Polda koronavirus aşkarlanıb. O, özünü yaxşı hiss edir və karantindədi. Hər hansı bir simptom olmayıb. Senatorda heç bir simptom olmayıb, test onun tez-tez səfərlər və tədbirlərdə olması ilə əlaqədar edilib".