Göygöldə minik və yük avtomobilləri toqquşdu, xəsarət alanlar var - YENİLƏNİB


Sosial 23 Mar 2020 00:03:00 149 0

Göygöldə minik və yük avtomobilləri toqquşdu, xəsarət alanlar var - YENİLƏNİB

Göygöl rayonunda avtomobil qəzası baş verib.

Göygöl rayonunda xəsarətlə nəticələnən yol qəzasıqeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonunun Nadil kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı minik avtomobili ilə "Ford" markalı yük maşını toqquşub.

Qəza nəticəsində, "Mercedes"də olan Kürdəmir rayon sakinləri -1996-cı il təvəllüdlü Ələkbərov Beyrək Valeh oğlu və 1998-ci il təvəllüdlü Əliağa Zalıyev müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin kafi və orta-ağır olduğu bildirilir.

Qəza zamanı digər nəqliyyat vasitəsində də yüngül xəsarət alan olub. Ona isə hadisə yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

22.03.2020,***23:39

Göygöl rayonunda avtomobil qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Nadil kənd ərazisində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanın olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatları araşdırılır.